17 May, 2019 17:54
2838
Roman Qolovçenko “MILEX-2019” sərgisində Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib
Mayın 17-də Minskdə keçirilən “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisində Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib. Nazirliyin stendində olan komitə sədri nümayiş etdirilən məmulatları böyük maraqla izləyib.
Ziyarət zamanı Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri ilə görüşən Roman Qolovçenko “MILEX-2019” sərgisində Azərbaycanın stendlə təmsil olunmasından məmnun olduğunu ifadə edib.
Qeyd edək ki, “MILEX-2019” sərgisi öz işini mayın 18-də yekunlaşdıracaq.