Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev

Nazirliyin Əsasnaməsi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərin say həddinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

  1. “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
  2. “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).
  3. “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin mərkəzi aparatının ştat üzrə say tərkibi” təsdiq edilsin (əlavə olunur).[1]
  4. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə tapşırılsın ki, bir ay müddətində:

4.1. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunu yaratsın;

4.2. Nazirliyin tabeliyinə verilən “İqlim” Bakı Aviasiya İstehsalat Birliyinin bazasında “İqlim” Elmi-İstehsalat Müəssisəsini, “Avia-Aqreqat” İstehsalat Birliyinin bazasında “Avia-Aqreqat” zavodunu, “Telemexanika” İstehsalat Birliyinin bazasında “Telemexanika” zavodunu, “Neftqazavtomat” Elmi-İstehsalat Birliyinin bazasında “Neftqazavtomat” Elmi-İstehsalat Müəssisəsini, “Sənayecihaz” Elmi-İstehsalat Birliyinin bazasında “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsini, “Radioquraşdırma” İstehsalat Birliyinin bazasında “Radioquraşdırma” zavodunu, “Nord” Elmi-İstehsalat Birliyinin bazasında "Dalğa" Elmi-İstehsalat Müəssisəsini, “Stator” Elmi-İstehsalat Birliyinin bazasında "Avtomatik Xətlər" Elmi-İstehsalat Müəssisəsini Avadanlıqlar Elmi-İstehsalat Müəssisəsini yaratsın.[2]

  1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

5.1. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunun Dövlət büdcəsindən maliyyələşdirilməsini təmin etsin;

5.2. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 sentyabr 2006-cı il

        № 462

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 













Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında
 
ƏSAS NAMƏ

 I. ÜMUMİ MÜDDƏALAR

  1. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (bundan sonra - Nazirlik) qanunvericiliklə və bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun müdafiə, radioelektronika, cihazqayırma sənayeləri sahələrində (bundan sonra - müdafiə sənayesi sahəsi) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
  2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
  3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
  4. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
  5. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının Dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.[3]
  6. Nazirlik Bakı şəhərində yerləşir.

  


II. NAZİRLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ



7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.2. müdafiə sənayesi sahəsinin inkişafını təmin edir;

7.3. dövlət sifarişi əsasında hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullar üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Dövlət Müdafiə Sifarişi Proqramının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

7.4. təsdiq edilmiş Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq müdafiə təyinatlı məhsulların yaradılmasını, istehsalını, təkmilləşdirilməsini, təmirini, utilizasiyasını, idxal-ixracını öz səlahiyyətləri daxilində təmin edir;

7.5. Dövlət Müdafiə Sifarişi Proqramının həyata keçirilməsi üçün lazım olan maliyyə vəsaitləri barədə mövcud qanunvericiliyə uyğun olaraq Dövlət büdcəsinin formalaşdırılmasına dair təkliflər verir;

7.6. Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun yaradılmış digər hərbi birləşmələrin silah, hərbi texnika, döyüş sursatı və başqa vasitələrlə təchizatını qəbul olunmuş qaydada həyata keçirə bilər;

7.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə sənayesi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir;

7.8. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. NAZİRLİYİN VƏZİFƏLƏRİ

8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. müdafiə sənayesi sahəsində öz səlahiyyətləri çərçivəsində normativ tənzimlənməni həyata keçirmək;

8.2. təsdiq edilmiş Dövlət Müdafiə Sifarişi Proqramı əsasında öz səlahiyyətləri daxilində müdafiə təyinatlı məhsulların alınması, sifarişlərin yerləşdirilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi, elmi tədqiqat və təcrübi-konstruktor işlərinin aparılması, məhsulların yaradılması, istehsalı və təkmilləşdirilməsi) üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmalar keçirmək, müqavilələr bağlamaq;[4]

8.3. müdafiə sənayesi sahəsində istifadə edilən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin), habelə ikili təyinatlı malların (işlərin, xidmətlərin), xammal, material, avadanlıq və elmi-texniki informasiyaların qanunvericiliklə nəzərdə tutulan qaydada idxal-ixracını həyata keçirmək;

8.4. digər icra hakimiyyəti orqanlarının müdafiə sənayesi sahəsi ilə bağlı fəaliyyətlərini əlaqələndirmək;

8.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.6. müdafiə sənayesi sahəsində öz səlahiyyətlərinə aid edilən məsələlər üzrə dövlət nəzarətini həyata keçirmək;

8.7. Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, onların yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy, həmçinin müvafiq fəaliyyət növlərinə icazə vermək və icazə şərtlərinə riayət olunmasına nəzarət etmək;[5]

8.8. müdafiə sənayesi sahəsində standartlara uyğun məhsulların istehsalını təşkil etmək üçün mütərəqqi texnologiyalardan istifadə edilməsini, müasir elmi tədqiqat bazasının yaradılmasını, müəssisələrin avadanlıq parkının müasirləşdirilməsini, sahənin inkişafı üçün lazımi kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;[6]

8.8-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;[7]

8.9. Dövlət Müdafiə Sifarişi Proqramının həyata keçirilməsi və müdafiə sənayesi sahəsi üçün ayrılan digər büdcə vəsaitləri, kreditlər, qrantlar və s. maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

8.10. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;

8.11. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

8.12. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.13. Nazirliyin və onun tabeliyində olan müəssisə və təşkilatların fəaliyyəti ilə bağlı daxil olan təklif, ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.14. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. NAZİRLİYİN HÜQUQLARI


9. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. müdafiə sənayesi sahəsinə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.2. müdafiə sənayesi sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

9.3. müdafiə sənayesi sahəsi üzrə, o cümlədən Dövlət Müdafiə Sifarişi Proqramının formalaşdırılması və həyata keçirilməsi üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.4. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.5. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müdafiə sənayesi sahəsi üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

9.6. müdafiə sənayesi sahəsində mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;[8]

9.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.8. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;[9]

9.9. tabeliyində olan müəssisə və təşkilatların yenidən təşkili və ləğv edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;

9.10. tabeliyində olan müəssisə və təşkilatların istehsalat, maliyyə, təsərrüfat, informasiya təhlükəsizliyi və əmlakın saxlanılması sahəsində fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək;

9.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.


 V. NAZİRLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

10. Nazirliyin mərkəzi aparatı və onun strukturuna daxil olan yerli və digər qurumlar, habelə strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.[10]

11. Nazirliyin strukturu və işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.[11]

12. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən nazir rəhbərlik edir. Nazir nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 müavini vardır. Nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

14. Nazir:

14.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. öz müavinləri arasında vəzifə bölgüsünü aparır;

14.3. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;[12]

14.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində nazirliyin mərkəzi aparatının, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, tabeliyində olan müəssisə və təşkilatların ştat cədvəli və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;[13]

14.5. Nazirliyin mərkəzi aparatının işçilərini və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, nazirliyin tabeliyində olan müəssisə və təşkilatların rəhbərlərini (baş direktorlar, direktorlar, baş mühəndislər, müavinlər, baş mühasiblər və digər vəzifəli şəxsləri) vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;[14]

14.6. Nazirliyin tabeliyində olan müəssisə və təşkilatları (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada yaradır, yenidən təşkil edir və ləğv edir;[15]

14.7. müdafiə sənayesinin yaradılmasında, inkişafında xüsusi xidmətlər göstərmiş şəxsləri dövlət mükafatlarına və fəxri adlara təqdim edir;

14.8. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

14.9. Nazirliyin strukturu və işçilərin ümumi say tərkibi barədə təkliflər verir;

14.10. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

14.11. Nazirliyi təmsil edir.

15. Nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən və nazirliyin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilərlər.

16. Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

17. Nazirliyin kollegiyası öz iclaslarında nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

18. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

19. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və nazir tərəfindən təsdiq edilir.

20. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

21. Nazirliyin kollegiyasının iclaslarına, zəruri hallarda, digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.[16]

22. Müdafiə sənayesi sahəsində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər. Elmi-texniki şura haqqında Əsasnamə nazir tərəfindən təsdiq edilir.

 

462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin strukturu” dərc edilməyib.[17]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 22 yanvar 2008-ci il tarixli 702 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №1, maddə 6)
  2. 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983)
  3. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
  4. 19 iyul 2023-cü il tarixli 2234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 iyul 2023-cü il, “Xalq” qəzeti, 20 iyul 2023-cü il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 959)
  5. 19 avqust 2023-cü il tarixli 2308 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 avqust 2023-cü il, “Xalq” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab, maddə 1175)
  6. 7 sentyabr 2023-cü il tarixli 2318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 8 sentyabr 2023-cü il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1288)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983) ilə 3-cü bəndindən «mərkəzi» sözü çıxarılmışdır.

 

[2] 22 yanvar 2008-ci il tarixli 702 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №1, maddə 6) ilə 4.2-ci bəndində "Naviqasiya sistemləri" Elmi-İstehsalat Müəssisəsini" sözləri "Dalğa" Elmi-İstehsalat Müəssisəsini" sözləri ilə və "Avtomatik Xətlər və Qeyri-Standart Avadanlıqlar Elmi-İstehsalat Müəssisəsini" sözləri "Avtomatik Xətlər" Elmi-İstehsalat Müəssisəsini" sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983) ilə «Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə»nin 5-ci bənddə «mövcud qanunvericiliyə zidd olmayan» sözləri «qanunvericilikdə nəzərdə tutulan» sözləri ilə əvəz edilmişdir.

 

[4] 19 avqust 2023-cü il tarixli 2308 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 avqust 2023-cü il, “Xalq” qəzeti, 20 avqust 2023-cü il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, I kitab, maddə 1175) ilə “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci bəndində “mövcud qanunvericiliyə uyğun olaraq tenderlər (müsabiqələr)” sözləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmalar” sözləri ilə əvəz edilmişdir.

 

[5] 19 iyul 2023-cü il tarixli 2234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 iyul 2023-cü il, “Xalq” qəzeti, 20 iyul 2023-cü il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 959) ilə “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.7. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək;

 

[6] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983) ilə «Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə»nin 8.8-ci bənddə «lazımi kadr hazırlığını təmin etmək» sözlərindən sonra «, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək» sözləri əlavə edilmişdir.

 

15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”nin 8.8-ci bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

 

[7] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983) ilə «Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə»yə 8.8-1-ci bənd əlavə edilmişdir.

 

[8] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983) ilə «Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə»nin 9.6-cı bənd çıxarılmışdır.

 

[9] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983) ilə «Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə»nin 9.8-ci bənddən «, internet saytı yaratmaq və ondan istifadə etmək» sözləri çıxarılmışdır.

 

[10] 7 sentyabr 2023-cü il tarixli 2318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 8 sentyabr 2023-cü il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1288) ilə “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”də 10-cu hissəyə “nazirliyin” sözündən əvvəl “, habelə strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.)” sözləri əlavə edilmişdir.

 

[11] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983) ilə «Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə»nin 11-ci bəndə ikinci cümlə əlavə edilmişdir.

 

[12] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983) ilə «Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə»nin 14.3-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

14.3. Nazirliyin mərkəzi aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların nizamnamələrini (əsasnamələrini) təsdiq edir;

 

[13] 7 sentyabr 2023-cü il tarixli 2318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 8 sentyabr 2023-cü il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1288) ilə “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”də 14.4-cü bəndə “tabeliyində” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilmişdir.

 

[14] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983) ilə «Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə»nin 10-cu bəndin birinci cümləsindən, 14.4-cü və 14.5-ci bəndlərdən «mərkəzi» sözü çıxarılmışdır.

7 sentyabr 2023-cü il tarixli 2318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 8 sentyabr 2023-cü il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1288) ilə “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”də 14.5-ci bəndə “nazirliyin” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilmişdir.

 

[15] 7 sentyabr 2023-cü il tarixli 2318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 8 sentyabr 2023-cü il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1288) ilə “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”nin 14.6-cı bəndində “Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən siyahıya əsasən müəyyən edilmiş müəssisələr” sözləri “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar” sözləri ilə əvəz edilmişdir.

 

[16] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983) ilə «Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə»nin 21-ci bənddən «rəhbərləri» sözü çıxarılmışdır.

 

[17] 22 yanvar 2008-ci il tarixli 702 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №1, maddə 6) ilə "Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin strukturu”nda " II. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan qurumlar" bölməsinin 1-ci bəndində "Atıcı Silahlar və Onların Ehtiyat Hissələrinin İstehsalı üzrə İstehsalat Birliyi" sözləri "Şərq" İstehsalat Birliyi" sözləri ilə, 2-ci bəndində "Döyüş Sursatları üzrə İstehsalat Birliyi" sözləri "Aqreqat" İstehsalat Birliyi" sözləri ilə, 3-cü bəndində "Mühəndis Texnikası İstehsalat Birliyi" sözləri "Cihaz" İstehsalat Birliyi" sözləri ilə, 4-cü bəndində "Müdafiə, Kəşfiyyat, Naviqasiya və Rabitə Sistemləri üzrə İstehsalat Birliyi" sözləri "Üfüq" İstehsalat Birliyi" sözləri ilə, 5-ci bəndində "Qeyri-Standart Avadanlıqlar üzrə İstehsalat Birliyi" sözləri "Optika-Mexanika" İstehsalat Birliyi" sözləri ilə və 6-cı bəndində "Hərbi Texnikanın Təmiri İstehsalat Birliyi" sözləri "Texnika" İstehsalat Birliyi" sözləri ilə əvəz edilmişdir.