Nazirliyin yaradılması
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
- Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilsin və onun bazasında Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılsın.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
- Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Əsasnaməsinin layihəsini, nazirliyin strukturu, xərclər smetası və işçilərin say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
- Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 16 dekabr 2005-ci il.
№ 1181