Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
13 Dekabr, 2010 12:00 2376

Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşı Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən fəxri adlara layiq görüldü və təltif olundular

Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı ərəfəsində -11 dekabr 2010-cu il tarixində Respublika Prezidenti cənab İlham Əliyev nazirliyin bir qrup əməkdaşının “Əməkdar Dövlət Qulluqçusu”, “Əməkdar mühəndis” fəxri adlarına layiq görülmələrinə, “Tərəqqi”“Dövlət qulluğunda fərglənməyə görə” medalları ilə təltif olunmalarına dair Sərəncam imzalamışdır. 

Respublikanın müdafiə sənayesinin inkişafındakı xidmətlərinə görə nazirliyin əməkdaşları Axundov Fikrər Xosrov oğlu, Süleymanov Füzuli Bəhmən oğlu “Əməkdar Dövlət Qulluqçusu”, Əhmədov Rövşən Ələkbər oğlu, Əliyev Məmmədsaleh Bayraməli oğlu  “Əməkdar Mühəndis” fəxri adlarına layiq görülmüş, Hümbətova Pakizə Ərşad qızı, İbadov Adəm Bəhlul oğlu, Məmmədov Usubağa Mirzəmməd oğlu, Nəzərov İlqar Ələkbər oğlu, Süleymanov Tofiq İbrahim oğlu, Şirinov Ramiz Şirin oğlu “Tərəqqi” və Əliyeva Minayə Ağaməşədi qızı, Mansurova Züleyxa Abdulsəməd qızı “Dövlət qulluğunda fərglənməyə görə” medalları ilə təltif olunmuşlar.