Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
19 Mart, 2014 16:00 1928

Müdafiə Sənayesi Nazirliyi tərəfindən şəhid ailələri, Qarabağ müharibəsi veteranları və əlillərinə bayram sovqatı çatdırıldı

Martın 19-da Şivan şəhər İcra Hakimiyyətində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ailə üzvləri, Qarabağ müharibəsi veteranları və əlilləri ilə Novruz bayramı münasibətilə keçirilən görüşdə müdafiə sənayesi naziri Yavər Camalovun adından şəhid ailələrinə, müharibə veteranları və əlillərinə bayram təbrikləri çatdırılmışdır.

Görüşdə müdafiə sənayesi naziri Yavər Camalovun tapşırığı ilə 125 şəhid ailəsinə, 110 müharibə veteranı və əlilinə bayram sovqatı paylanmışdır.

Eləcə də, işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə və Novruz bayramı münasibətilə Müdafiə Sənayesi Nazirliyinin və tabeli müəssisələrin əməkdaşları mükafatlandırılmış və bayram sovqatları ilə təbrik edilmişlər.