Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
“Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi”
Müəssisə haqqında
Əsası 1957-ci ildə Neftkimyaavtomat Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ) yaradılmaqla qoyulmuşdur.
1985-ci ildə Neftkimyaavtomat ETLİ (baş təşkilat), Əli Bayramlı şəhərindəki Cihazlar, Sənaye Avtomatikası və Telemexanika zavodları və Bakı Geofizcihaz zavodu tərkibinə daxil olmaqla Neftqazavtomat Elmi-İstehsalat Birliyi yaradılmışdır.
1993-cü ilə qədər SSRİ Cihazqayırma Nazirliyinin, 1993-2005–ci illərdə Azərbaycan Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir.
2006-cı ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyət göstərir.
Əldə etdiyi nailiyyətlərinə görə beynəlxalq və dövlət mükafatlarına layiq görülmüşdür.
İSO 9001-2000 standartının tələblərinə uyğunluq sertifikatı vardır.
Təhlükə potensiallı obyektlərdə quraşdırma, texniki xidmət işlərini yerinə yetirmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin icazəsi vardır.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən akkreditasiya olunmuş sınaq laboratoriyasına malikdir.
12 elmlər doktoru və 176 texnika elmləri namizədi hazırlamışdır.
Neftqazavtomat EİM-in əsas sifarişçiləri və tərəfdaşları aşağıdakılardır:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti;
Salyan OYL MMM;
Şirvan OYL BMMM;
Azəriqaz SC;
Azərkimya Dövlət Şirkəti;
Urenqoyqazprom MMC (Rusiya);
BP;
Emerson Process Management şirkəti (Fisher Rosemount, Daniel Measurement & Control, Control Techniques, Intellution);
LUKOYL-Azərbaycan neft kompaniyası;
RNGS-Azərbaycan BM.
Fəaliyyət istiqaməti
Xüsusi təyinatlı məmulatların yaradılması və istehsalı
Neft, qaz, kimya və energetika sənayesi sahələrində proseslərin avtomatlaşdırılmış məlumat-nəzarət idarəetmə sistem və vasitələrinin layihələndirilməsi, işlənməsi, tətbiqi, sistemlərin komplektləşdirilməsi və göndərilməsi, quraşdırma, sazlama-işəsalma işləri, metroloji təminat, treyninq, diaqnostika
Texnoloji imkanlar
Mexaniki yığma
Elektrik qaynağı
Presləmə
Qalvanik emal:
kadmiumlama
sinkləmə
xromlama
Ştampların, pres-qəliblərin layihələndirilməsi və hazırlanması
Qeyri-standart avadanlıqların hazırlanması
Metroloji xidmət (metroloji ölçmələr; elektrik cihazlarının yoxlanılması; kütlənin, qüvvənin, təzyiqin, temperaturun, nəmliyin, titrəyiş parametrlərinin ölçülməsi; metroloji standartların (texniki şərtlərin) hazırlanması)
Əlaqə
AZ5004, Azərbaycan Respublikası, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 118