Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
23 Yanvar, 2025 19:14 222

Vüqar Mustafayev İslamabadda Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə sənayesi naziri, Komissiyanın həmsədri Vüqar Mustafayev 2025-ci il yanvarın 23-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Munir ilə görüşüb.

Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə ölkələrimiz arasında davamlı inkişaf edən tarixi dostluq və tərəfdaşlıq münasibətləri, Azərbaycanın və Pakistanın bir çox istiqamətlərdə, eləcə də hərbi-texniki sahədə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üzrə işlərin uğurla həyata keçirildiyi xüsusi qeyd olunub.