Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
17 Fevral, 2025 22:29 274

Vüqar Mustafayev Haluk Görgün və Musa Heybet ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində fevralın 17-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və qardaş ölkənin milli müdafiə nazirinin müavini Musa Heybet ilə görüşüb.

Görüşlərdə iki ölkə arasında hərbi-texniki sahədə uğurlu əməkdaşlıq münasibətlərinin olduğu, bu əlaqələrin yüksələn xətlə davam etdiyi vurğulanıb.

Tərəflər müdafiə sənayesində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, birgə layihələrin perspektivlərini müzakirə edib, maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.