Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
25 Sentyabr, 2024 18:00 257

Vüqar Mustafayev “ADEX-2024” və "Securex Caspian" sərgiləri çərçivəsində bir neçə ölkənin nümayəndə heyətləri ilə görüşüb

Sentyabrın 25-də “ADEX-2024” və “Securex Caspian” sərgiləri çərçivəsində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistanın müdafiə istehsalatı nazirinin müavini Muhammad Çiraq Haiderin və Serbiyanın müdafiə nazirinin köməkçisi Nenad Miloradoviçin başçılıq etdiyi nümayəndə heyətləri, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitriy Şuqayev, “Rosoboroneksport” şirkətinin Baş direktoru Aleksandr Mixeyev, həmçinin Çinin CPM İEC şirkətinin rəhbər şəxsləri ilə görüşüb.

Görüşlərdə qeyd edilən ölkələr və Azərbaycan arasında hərbi-texniki sahədə mövcud əlaqələr müzakirə edilib, müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafının zəruriliyi vurğulanıb, həmçinin beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirakın əhəmiyyətindən bəhs edilib. Danışıqlar zamanı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, “ADEX-2024” və "Securex Caspian" sərgiləri sentyabrın 26-da yekunlaşacaqdır.