Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
09 Noyabr, 2021 09:00 298

Vətən Müharibəsi iştirakçısı Nurlan Zeynalovun anım günüdür

Vətən Müharibəsi şəhidi, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı olan Nurlan Rəfail oğlu Zeynalov 25 noyabr 1989-cu ildə Sabirabad rayonunda anadan olub. Ali təhsilini 2007-2011-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində alıb. Daha sonra hərbi xidmətə yollanan və leytenant rütbəsi alan Nurlan 2020-ci ilin 27 sentyabrında, Vətən müharibəsinin başlaması xəbərini eşidən kimi orduya yazılaraq könüllü şəkildə cəbhəyə yollanıb. Baş leytenant kimi Gəncədəki hərbi hissələrdən birinə rota komandiri təyin olunan şəhidimiz, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralansa da, yenidən cəbhəyə yollanır. Nurlan Zeynalov 9 noyabrda Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Zeynalov Nurlan Rəfail oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda", “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.