Türkiyə Respublikasının İstanbul şəhərində təşkil olunan IX Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (IDEF-2009) açılışı oldu
Türkiyə Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İstanbul şəhərində təşkil olunan IX Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF-2009) respublikamız Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində yaradılan və istehsal olunan 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunur.
Sərginin baş tutduğu ilk gündən etibarən Azərbaycan tərəfinin nümayiş etdirdiyi məmulatlar bir çox xariçi ölkə təmsilçilərinin diqqətini çəkmişdir.
Açılışda iştirak edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan milli müdafiə naziri Vecdi Gönül və digər vəzifəli şəxslərlə birgə Müdafiə Sənayesi Nazirliyinin təqdim etdiyi stenddə olmuş və nümayiş etdirilən məmulatlarla yaxından tanış olmuşdur.
Sərgidə iştirak edən nazir Yavər Camalovun bir sıra dövlətlərin rəsmi nümayəndələri ilə görüşləri keçirilmişdir.