Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
04 Oktyabr, 2022 14:00 46

“Tarix yazan qəhrəmanlar” kitabı beynəlxalq kitab sərgisində nümayiş olunacaq

2022-ci il oktyabrın 5-dən 9-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 8-ci beynəlxalq kitab sərgisi keçiriləcək. Sərgi çərçivəsində oktyabrın 7-si “Şərq-Qərb” nəşriyyatı ilə Müdafiə Sənayesi Nazirliyinin birgə ərsəyə gətirdiyi MSN-in Azərbaycan Respublikasının müdafiəsi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan əməkdaşlarının və müharibə iştirakçılarının göstərdikləri qəhrəmanlıqları əbədiləşdirmək məqsədilə hazırlanmış “Tarix yazan qəhrəmanlar” kitabının təqdimatı təşkil olunacaq.

Qeyd edək ki, təqdimat Bakı Ekspo Mərkəzin “Natəvan” təqdimat zonasında baş tutacaq.