Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
25 İyul, 2024 16:45 516

“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası təşkil edilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində iyulun 25-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) Milli Aerokosmik Agentliyinin inzibati binasında qanvermə aksiyası təşkil edilib.

Hemofiliyalı və talassemiyalı xəstələr, həmçinin təcili əməliyyata ehtiyacı olan insanlar üçün qan toplamaq məqsədilə keçirilən aksiyada MSN-in Aparatının və tabeli müəssisələrinin kollektivləri iştirak ediblər.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları hər bir donorun sağlamlığını yoxladıqdan sonra onlardan qan götürüblər. Toplanan qan ehtiyatı ehtiyacı olan xəstələr üçün istifadə ediləcəkdir.