28 Avqust, 2018 10:36
616
Şirvan “Araz” zavodunda kiçik yanğın hadisəsi baş vermişdir
Sentyabrın 28-də saat 10:45 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zovdunun VIII sahəsinin ərazisində yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparılan zaman qığılcımdan yaranan alışma nəticəsində kiçik yanğın hadisəsi baş vermişdir.
Yanğın qısa müddətdə zavodun işçiləri tərəfindən daxili yanğınsöndürmə vasitələri ilə söndürülmüşdür. Hadisə zamanı zavodun iki əməkdaşı yüngül yanıq xəsarəti almışdır. Xəsarət alanlar dərhal Şirvan Şəhər Xəstəxanasına yerləşdirilmişdir. Hadisənin baş vermə səbəbi mütəxəssislər tərəfindən araşdırılır.
Kütləvi informasiya vasitələri hadisə ilə bağlı məlumat verərkən nazirliyin Mətbuat xidməti ilə əlaqə saxlamaları xahiş olunur.