Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
02 Avqust, 2016 11:00 1276

Şirvan "Araz" zavodunda baş vermiş hadisənin araşdırılması davam etdirilir

İyulun 26-da Şirvan “Araz” zavodunda baş vermiş hadisənin araşdırılması məqsədilə yaradılan Dövlət Komissiyası öz işini davam etdirir.

Baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması işlərinə başlanılıb.

Hadisə zamanı xəsarət alanlardan iki nəfərin müalicəsi davam etdirilir.

Bütün bunlara baxmayaraq bəzi kütləvi informasiya vasitələri həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayırlar. Bu da heç bir jurnalist etikasına sığmır.

Bir daha qeyd edirik ki, məsələ ilə bağlı məlumat yayarkən nazirliyin Mətbuat xidmətindən verilən məlumatlara istinad edilməlidir. Əks halda nazirlik öz hüquqlarını qorumaq üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət edəcək.