03 Mart, 2011 15:19
2639
"Şərq" İstehsalat Birliyinin yeni "AZAD Systems Co." müəssisəsinin açılışı oldu
Martın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin yeni “AZAD Systems Co.” müəssisəsinin açılışı oldu.
İlk əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu.
Respublika Prezidenti İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdikdən sonra müəssisə ilə tanışlıq oldu.
Müəssisədə istehsal olunan məhsulları əks etdirən videofilmə baxıldı.
Nazir Yavər Camalov dövlət başçısına müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, müəssisədə 5 yeni istehsal sahəsi yaradılmış, müasir texnoloji avadanlıq quraşdırılmışdır. Yeni yaradılmış müəssisədə müasir tipli məsafədən idarə edilən pilotsuz uçuş aparatları istehsal olunur. Pilotsuz uçuş aparatları bir çox texniki-iqtisadi üstünlüklərə malikdir. Uçuş aparatında heyətin olmaması, çəkilən xərclərin azlığı, insanın fiziki qabiliyyətindən artıq texniki manevrlər etmək xüsusiyyəti və digər məsələlər bu üstünlüyü şərtləndirən əsas amillərdir.
Qeyd edildi ki, “Orbitr-2M” və “Aerostar” pilotsuz təyyarələrinin hissələri bu müəssisədə hazırlanır. Bunun üçün xüsusi qəliblərdən istifadə olunur və istehsal prosesi dəqiqliklə yerinə yetirilir. Təyyarələrin hazırlanmasında istifadə olunan materiallar kəsmə-biçmə sexində kəsilir, biçilir və aidiyyəti üzrə müvafiq istehsal sahələrinə yönəldilir. “Orbitr-2M” təyyarəsi 4-6 kilometr hündürlükdə 4-5 saat uça bilir. “Aerostar” təyyarəsi isə 10 kilometr yüksəklikdə 12 saat fasiləsiz uçur. Kəşfiyyat tapşırıqlarını və yerdən verilən komandaları yerinə yetirmək imkanına malik olan bu aparatlar uçuş məsafəsinə və enməsinə görə aerodrom tipli platformalardan start götürmək, aerodroma və yaxud paraşüt vasitəsilə enmə qabiliyyətinə malikdir. İnformasiyanın ötürülməsi xüsusi avadanlığın köməyi ilə yerinə yetirilir.
Açılışda iştirak edən dövlət başçısı İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin muzeyində saxlanmaq üçün hazırlanmış pilotsuz təyyarənin qanadını imzaladı.
Respublika Prezidentinə pilotsuz təyyarənin maketi hədiyyə olundu.
Sonra gələcəkdə istehsalı nəzərdə tutulan “Diamond DA-42” dörd yerlik sərnişin təyyarəsinin təqdimatı oldu.
Açılışda iştirak edən Respublika Prezidenti İlham Əliyev görülmüş işlərdən razı qaldığını bildirdi, kollektivə tövsiyə və tapşırıqlarını verdi.