“SEOUL ADEX 2023” Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisi çərçivəsində Mədət Quliyev Koreya Respublikasının müdafiə nazirinin müavini Sung İl ilə görüşüb
Oktyabrın 19-da Koreya Respublikasının Müdafiə Nazirliyində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Koreya Respublikasının müdafiə nazirinin müavini Sung İl ilə görüşüb.
Mədət Quliyev dəvət üçün cənab Sung İlə təşəkkürünü bildirib və bu işgüzar səfərin iki ölkə arasında əlaqələrin daha da inkişafına önəmli töhfə verəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti, özünün isə Azərbaycan Velosiped Federasiyasının prezidenti olduğunu qeyd edən M.Quliyev, Azərbaycan və Koreya arasında müdafiə sənayesi sahəsi ilə yanaşı, idman və digər sahələrdə də əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Koreya Respublikasının müdafiə nazirinin müavini Sung İl Koreyada hərbi sahədə təhsil alan azərbaycanlı tələbələrdən bəhs edib, təhsil sahəsində olduğu kimi müdafiə sənayesi və digər sahələrdə də münasibətlərin gələcəkdə daha da uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirib.