21 Dekabr, 2007 15:00
388
Prezident İlham Əliyev “Peyk” zavodunun açılış mərasimində iştirak etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Peyk” zavodunun açılış mərasimində iştirak etdi.
Prezident İlham Əliyev ayrı-ayrı sahələri, sexləri gəzdi və istehsal prosesi ilə yaxından tanış oldu.
Qısa müddət ərzində müasir standartlar səviyyəsində qurulan zavodun əhəmiyyətini vurğulayan dövlət başçısı gələcək illərdə də Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin inkişafına vəsaitin ayrılacağını bildirdi və bu cür intellektual müəssisələrin məhsullarına dünyada ehtiyac duyulduğunu söylədi.