Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
24 Dekabr, 2007 17:00 1124

Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin Telemexanika zavodu ilə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin Telemexanika zavodu ilə tanış oldu.

Prezidentə məlumat verilib ki, tamamilə yenidən qurulmuş zavod ən müasir texnoloji avadanlıqla təmin edilib. Dövlət başçısı muzeyin xatirə kitabına ürək sözlərini yazdı. Prezident qeyd etdi ki, müasir müdafiə sənayemizin bazası 1970-80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb. O illərdə tikilən hərbi zavodlar indi təmir olunur, yenidən qurulur və işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından azad etmək üçün lazımi şərait yaradılır.

Dövlətimizin başçısı zavodun keçmişini və bu gününü əks etdirən filmə badı.

Prezidentə məlumat verildi ki, tamamilə yenidən qurulmuş zavod ən müasir texnoloji avadanlıqla təmin edilib.