Özbəkistanla müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
Mayın 8-də Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon İbodullayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Tərəflər əməkdaşlığın daha da genişləndirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb, qarşılıqlı etimad və dostluğa əsaslanan münasibətlərimizin inkişafında bu cür səfərlərin və keçirilən görüşlərin müsbət təsirini qeyd ediblər.
Konstruktiv şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.