Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
11 Dekabr, 2009 16:00 2061

Nazirliyin bir qrup əməkdaşı respublika prezidenti tərəfindən təltif olundu

Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı ərəfəsində -10 dekabr 2009-cu il tarixində respublika prezidenti cənab İlham Əliyev nazirliyin bir qrup əməkdaşının “Əməkdar mühəndis” fəxri adına layiq görülməsi və “Tərəqqi” medalı ilə təltif olunmasına dair Sərəncam imzalamışdır.

Respublikanın müdafiə sənayesinin inkişafındakı xidmətlərinə görə nazirliyin əməkdaşları Əzizov Vahid Qarakişi oğlu və Məmmədov Azad Xəlil oğlu “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş, Abbasov Musa Abbas oğlu, Ağacanov Rasim Həsən oğlu, Məmmədov Cavid Xəlil oğlu, Morduxayev Adolf İliç, Rəsulova Pəri Abasqulu qızı və Şirəliyev Eyyub Ağaməmməd oğlu isə “Tərəqqi” medalı ilə təltif olunmuşlar.