27 İyul, 2016 12:37
1268
Nazir Yavər Camalov Şirvan "Araz" zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanları ziyarət etdi və dünyasını dəyişənlərin dəfn mərasimlərinə qatıldı
Müdafiə sənayesi naziri Yavər Camalov Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alan, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına və Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıları ötən gün ziyarət etdi və səhhətləri ilə maraqlandı.
Nazir bu gün hadisə nəticəsində dünyasını dəyişən zavodun iki əməkdaşının dəfn mərasimində iştirak etdi.
Yavər Camalovun tapşırığına əsasən zərərçəkənlərə və onların yaxınlarına qanunvericilikdə nəzərdə tutulan müavinətlərlə yanaşı, dəfn mərasiminin bütün xərcləri və digər zəruri xərclər müəssisə tərəfindən ödənilir.