Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
26 Sentyabr, 2024 14:00 487

Nazir müavini Türkiyə və Qətər şirkətlərinin nümayəndə heyətləri ilə görüşüb

Bakıda keçirilən "ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Türkiyənin "Makine ve Kimya Endüstrisi" və Qətərin "Barzan Holdings" şirkətlərinin nümayəndə heyətləri ilə görüşüb.

Görüşlərdə hərbi-texniki sahədə əməkdaşlığın inkişafı haqqında müzakirələr aparılıb, beynəlxalq sərgilərdə fəal iştirakın əhəmiyyəti vurğulanıb.

Qonaqlar Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "ADEX" və "Securex Caspian" sərgilərini peşəkarlıqla təşkil etdiyini, bu tədbirlərin dünyada müdafiə sənayesi sahəsində mühüm hadisə olduğunu bildiriblər.

Sonra H.Əzimov hər iki şirkətin istehsal etdiyi məhsullarla tanış olub, ona yeni silahlar haqqında ətraflı məlumatlar verilib.