Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunur. Müdəfiə Sənayesi Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi uğrunda canlarını fəda edən şəhid oğul və qızlarımızın məzarları üzərinə tər qərənfillər düzərək şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.