Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
15 Fevral, 2012 14:00 1160

Müdafiə Sənayesi Nazirliyinin veb saytında "elektron xidmətlər" bölməsi yaradılmışdır

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Müdafiə Sənayesi Nazirliyinin veb saytında “elektron xidmətlər” bölməsi yaradılmışdır.

“Elektron xidmətlər” bölməsində Müdafiə Sənayesi Nazirliyi tərəfindən göstərilən iki xidmət növü nəzərdə tutulur:

- “onlayn müraciət”;

- “ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə Xüsusi icazənin verilməsi.

Bölməyə, göstərilən xidmətlərin hər biri üzrə inzibati reqlament və müraciət formaları daxil edilmişdir. 

Qeyd edək ki, vətəndaşların müraciətlərinin asanlaşdırılması məqsədilə 2011-ci ilin sentyabr ayından nazirliyin veb saytında “onlayn müraciət” üzrə elektron xidmət fəaliyyət göstərir.