Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
27 Sentyabr, 2024 14:00 527

Müdafiə Sənayesi Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev və nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkına gələrək 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər, xatirə daşının önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırlar.