Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
19 Dekabr, 2024 12:22 284

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “Vietnam Defence Expo 2024” sərgisində iştirak edir

Dekabrın 19-da Vyetnam Sosialist Respublikasının Hanoy şəhərində “Vietnam Defence Expo 2024” 2-ci Beynəlxalq Müdafiə Sərgisi işə başlayıb. Tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti iştirak edib.

Vyetnamın Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilən sərgidə silah, döyüş sursatları, hərbi hava və hava hücumundan müdafiə vasitələri, hərbi gəmilərin sistem və avadanlıqları, pilotsuz uçuş aparatları, helikopterlər, rabitə, naviqasiya sistemləri, zirehli nəqliyyat, kəşfiyyat və radioelektron mübarizə vasitələri və s. nümayiş etdirilir.

Qeyd olunmalıdır ki, tədbir dekabrın 22-də başa çatacaq.