Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “SOFEX-2022” sərgisində iştirak edir
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti oktyabrın 31-dən Aqaba şəhərində keçirilən “SOFEX-2022” Xüsusi Əməliyyat Qüvvələri Sərgi və Konfransında iştirak etmək üçün İordaniya Haşimilər Krallığında səfərdədir.
Kral II Abdullah İbn Əl-Hüseynin himayəsi və İordaniya Dizayn və İnkişaf Bürosunun dəstəyi ilə iki ildən bir keçirilən “SOFEX-2022” sərgisində dünyanın 38 ölkəsindən 300-dən çox iştirakçı, 70-dən çox rəsmi nümayəndə heyəti, 400-dən çox hərbi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.
Sərginin açılış mərasimində İordaniya Haşimilər Krallığının Kralı II Abdullah İbn Əl-Hüseyn iştirak edib.
“SOFEX-2022” 13-cü Xüsusi Əməliyyat Qüvvələri Sərgisi öz işini noyabrın 3-dək davam etdirəcək.