23 İyun, 2021 14:30
1227
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “MİLEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində
23-26 iyun 2021-ci il tarixlərində Belarus Respublikasının Minsk şəhərində “MİLEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika sərgisi keçiriləcək. Belarusiya, Rusiya və digər xarici ölkələr tərəfindən istehsal edilmiş ən müasir silah və hərbi texnika modellərinin nümayiş etdiriləcəyi sərgidə ölkəmizi Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Tədbir çərçivəsində, həmçinin iştirakçı dövlət və hökumət təmsilçiləri, rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər nəzərdə tutulub. Görüşlər zamanı Müdafiə Sənayesi Nazirliyi ilə müvafiq qurumlar arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.