Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
15 May, 2024 15:47 903

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEB-2024” sərgisində iştirak edir

Mayın 14-də Slovakiya Respublikasının Bratislava şəhərində “IDEB-2024” Müdafiə və Təhlükəsizlik Sərgisi öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Mehman Baxışovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Slovakiya hərbi sənaye kompleksinin yerli və özəl şirkətləri ilə tanış olan M.Baxışov atıcı silahlar, döyüş sursatları, zirehli texnika, hərbi aviasiya, təhlükəsizlik texnologiyaları, naviqasiya sistemləri, şəxsi mühafizə avadanlıqları və s. məhsulların nümayiş etdirildiyi stendləri ziyarət edib.

O, sərgi çərçivəsində Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak ilə görüşüb. Görüş zamanı birgə istehsal imkanlarının dəyərləndirilməsinə dair razılığa gəlinib, gələcək fəaliyyət planı haqqında fikir mübadiləsi aparılıb.

MSN-in nümayəndə heyəti, həmçinin “MSM Group”, “Delta Defence”, “DMD” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Qeyd edək ki, sərgi mayın 16-da başa çatacaq.