Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “EDEX-2023” Beynəlxalq Müdafiə Sərgisində iştirak edir
Dekabrın 4-də Misir Ərəb Respublikasının Qahirə şəhərində “EDEX-2023” Beynəlxalq Müdafiə Sərgisi öz işinə başlayıb.
Misir Ərəb Respublikasının Prezidenti, Misir Silahlı Qüvvələrinin Ali Baş Komandanı Əbdülfəttah əs-Sisinin himayəsi altında Misir Müdafiə Nazirliyi və Hərbi İstehsalat Nazirliyinin dəstəyi ilə iki ildən bir baş tutan sərgidə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti də köşklə iştirak edir.
Dünyanın bir çox ölkəsindən 400-dən çox aparıcı müdafiə və təhlükəsizlik şirkətlərinin iştirak etdiyi sərgidə Quru Qoşunları, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinə aid ən son hərbi texnologiya, avadanlıq və sistemlər nümayiş etdirilir.
“EDEX-2023” Beynəlxalq Müdafiə Sərgisi öz işini dekabrın 7-dək davam etdirəcək.