Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
13 Noyabr, 2023 16:50 540

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “Dubai Airshow-2023” 18-ci aviasiya sərgisində iştirak edir

Noyabrın 13-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Dubai Airshow-2023” 18-ci aviasiya sərgisi öz işinə başlayıb.

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri, Dubay əmiri və müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun himayəsi altında iki ildən bir təşkil olunan sərgidə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də ziyarətçi qismində iştirak edir.

Sərginin açılış mərasimində iştirak edən M.Quliyev Əbu-Dabinin vəliəhd şəhzadəsi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan və Dubayın vəliəhd şəhzadəsi Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliyi arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.

“Dubai Airshow-2023” sərgisində 180-dən çox hərbi, ticari və mülki təyyarələr, o cümlədən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlıqları, PUA-lar, kosmik peyk və s. nümayiş etdirilir.

“Dubai Airshow-2023” 18-ci aviasiya sərgisi 17 noyabr tarixində yekunlaşacaq.