Müdafiə Sənayesi Nazirliyinin nəzdində Yoqa İdman Klubu təsis edilib
Azərbaycan Respublikasının “Bədən tərbiyəsi və idman haqqında” Qanunu və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bədən tərbiyəsi və idmanın inkişafının Dövlət proqramı”ına əsasən Müdafiə Sənayesi Nazirliyinin nəzdində Yoqa İdman Klubu təsis edilib.
Müdafiə Sənayesi işçilərini, eləcə də digər şəxsləri könüllülük prinsipi əsasında yoqa idmanının fiziki hazırlıq təlimlərinə cəlb etməklə onlarda sağlam həyat tərzini formalaşdırmaq, zərərli vərdişlərdən çəkindirmək, bununla da işçi heyəti arasında müsbət işguşüzar mühitin və əhval-ruhiyyənin bərqərar olunmasını təmin etmək məqsədilə yaradılan Yoqa Klubu Nazirliyin Aparatı daxil olmaqla tabeli birlik və müəssisələrin işçiləri ilə birlikdə 131 nəfərdən ibarətdir.
Klubun əsas fəaliyyəti əvvəlcədən müəyyən olunmuş tədris planına uyğun olaraq spesifik fiziki hərəkətlər və nəfəs texnikaları, şəxsi gigiyena və düzgün qida tərzini tətbiq və təbliğ etməkdir.