Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
28 Sentyabr, 2011 17:00 1113

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan ikili və mülki təyinatlı məmulatlar "Müstəqil Azərbaycan 20 ildə " sərgisində nümayiş etdirilir

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə 27-29 sentyabr tarixlərində Bakı Sərgi Mərkəzində keçirilən “Müstəqil Azərbaycan 20 ildə” milli sərgisində Müdafiə Sənayesi Nazirliyi 400 adda ikili  və mülki təyinatlı məmulatla təmsil olunur.

Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan ov tüfəngləri, ov  patronları, fontan armaturları, taksimetrlər, rütubət ayırıcı, yanacaq-yağ radiatoru, silindirik və kürəvi balonlar, səyyar termoslar, səyyar mətbəx və tibb avadanlıqları, alüminium və polad panelli istilik radiatorları,  məişət su və smart-kartla işləyən qaz sayğacları, tırtıllar, rəqəmsal işıqforlar, müxtəlif gücdə akkumulyatorlar və s. məmulatlar buklet və video çarxlarla nümayiş etdirilir.