13 Noyabr, 2010 12:15
1968
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan ikili və mülki təyinatlı məmulatlar Daşkənddə keçirilən Azərbaycan Respublikasının ilk Milli Sərgisində nümayiş etdirildi
Azərbaycan və Özbəkistan Respublikası arasında “Daşkənddə və Bakıda Milli Sərgilərin keçirilməsi haqqında” qəbul olunmuş qərara əsasən 05 - 07 noyabr tarixlərində Daşkənd şəhərində keçirilən Azərbaycan Respublikasının ilk Milli Sərgisində Müdafiə Sənayesi Nazirliyi 59 adda ikili və mülki təyinatlı məmulatla təmsil olundu. Buraya elektronika sahəsi üçün çap lövhələri, neft-qaz sahəsində istifadə olunan neft və qaz quyularının tənzimlənməsi üçün idarəetmə sistemləri, fontan armaturları, müxtəlif növ siyirtmələr, su və qaz sayğacları, günəş kollektoru, polad və alüminium panelli radiatorlar, müxtəlif tutumlu akkumulyatorlar, rəqəmli işiqforlar və s. məmulatlar daxil idi.
İki qardaş ölkə arasındakı münasibətləri daha da dərinləşdirmək məqsədi ilə keçirilən sərgidə nümayiş olunan digər milli məhsullarla yanaşı Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar da böyük maraqla qarşılandı.
Sərgi zamanı Daşkənddə səfərdə olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti ilə Özbəkistan Respublikasının müxtəlif dövlət və özəl təşkilatlarının nümayəndələri arasında işgüzar danışıqlar və hərtərəfli əməkdaşlığın yaradılması barədə fikir mübadiləsi aparıldı.