Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
07 Dekabr, 2011 16:00 1081

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar Küveytdə keçiriləcək "Körfəz Müdafiə və Aerospeys" sərgisində nümayiş etdiriləcək

12-14 dekabr tarixlərində Küveytdə “Körfəz Müdafiə və Aerospeys” adı altında ilk beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcəkdir. ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Kanada, İspaniya, Pakistan, BƏƏ, CAR olmaqla dünyanın 25 inkişaf etmiş ölkəsindən 100-dən artıq şirkətin qatılacağı sərgidə Müdafiə Sənayesi Nazirliyi 97 adda müdafiə təyinatlı məmulat nümayiş etdirəcəkdir.

Sərgidə atıcı və artilleriya silahları, yaxın məsafəli döyüş vasitələri, müxtəlif tipli döyüş sursatları ilə yanaşı, ilk dəfə olaraq  “Zəfər” və “İnam” tapançalarının və müxtəlif tipli kollimatorların nümayişi də nəzərdə tutulur.

Sərgi zamanı müdafiə sənayesi naziri Yavər Camalovun Küveytin və digər ölkələrin rəsmi nümayəndələri ilə görüşləri nəzərdə tutulur.