Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
07 Aprel, 2014 10:27 1174

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlar Malayziyada keçiriləcək "DSA -2014" sərgisində nümayiş etdiriləcəkdir

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar aprelin 14-dən 17-dək Malayziyanın Kuala Lumpur şəhərində keçiriləcək XIV Asiya Müdafiə Xidmətləri Sərgisində (DSA-2014) nümayiş etdiriləcəkdir. Bununla bağlı nazir Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olacaqdır.

Beynəlxalq sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 132 adda müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur. Onlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələrini, döyüş sursatlarını, atıcı silahları, zirehli texnikaları, pilotsuz uçuş aparatlarını və s. göstərmək olar.