Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
01 Noyabr, 2012 15:00 1121

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlar "IndoDefence-2012" sərgisində nümayiş etdiriləcək

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar 7-10 noyabr tarixlərində İndoneziyada keçiriləcək “IndoDefence-2012” beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdiriləcəkdir. Bununla bağlı nazir Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olacaqdır.

Beynəlxalq sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 125 adda müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur.  Onlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələrini, döyüş sursatlarını, optik nişangahları, mühəndis texnikasını və s. göstərmək olar. Nazirliyin müəssisələrində yeni yaradılan və istehsal olunan gecəgörmə cihazı, zirehli dəbilqə, zirehli gödəkcə və atıcı silahlar üçün şəffaf patron daraqları ilk dəfə  beynəlxalq sərgidə nümayiş etdiriləcəkdir.

“IndoDefence-2012” sərgisində ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələr olmaqla dünyanın 50-dən artıq ölkəsindən 500-dən artıq  şirkətin iştirakı gözlənilir.

Sərgi zamanı nazir Yavər Camalovun İndoneziyanın dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulur.