Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
13 Noyabr, 2012 15:19 1104

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlar "IndoDefence-2012" sərgisində nümayiş etdirildi

 Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar noyabrın 7-dən 10-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən “IndoDefence-2012” beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirildi.

Beynəlxalq sərgidə 125 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Azərbaycanın nümayiş etdirdiyi məmulatlar, xüsusilə müxtəlif növ döyüş sursatları, pilotsuz uçuş aparatları, 12,7 mm-lik və 14,5mm-lik “İstiqlal” snayper tüfəngləri, tapançalar maraqla qarşılandı.

Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin stendi ilə yaxından tanış olan İndoneziya, Malaziya, Sinqapur və digər ölkələrin nümayəndələri Azərbaycanın “IndoDefence-2012”  beynəlxalq sərgisindəki iştirakını yüksək qiymətləndirdiklərini və gələcəkdə MSN ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirdilər.  

Səfər çərçivəsində nazir Yavər Camalovun İndoneziyanın müdafiə naziri Purnomo Yusqiantoro, Belarusiya Dövlət Hərbi Sənaye Komitəsi sədrinin birinci muavini Qolovçenko Roman Aleksandroviç və sərgiyə qatılan bir sıra ölkələrin müdafiə sənayesi sahəsi üzrə dövlət rəsmiləri ilə görüşləri keçirildi. Keçirilən görüşlərdə ikitərəfli əməkdaşlıqların yaradılması və mövcud olan əməkdaşlıqların inkişaf etdirilməsinə dair müzakirələr aparıldı.