Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
07 May, 2010 14:00 1872

Müdafiə Sənayesi Nazirliyinin müdafiə təyinatlı məmulatları "SOFEX -2010" beynəlxalq sərgidə nümayiş etdiriləcəkdir

Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti 10-13 may 2010-cu il tarixlərində İordaniya Haşimilər Krallığının Əmman şəhərində keçiriləcək "SOFEX-2010" beynəlxalq sərgidə iştirak edəcəkdir.

Dünyanın inkişaf etmiş ölkələrindən təxminən 341 qabaqcıl şirkətin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 50-dən çox müdafiə təyinatlı məmulat nümayiş etdiriləcəkdir. Buraya atıcı silahlar, raket-artilleriya silahları, yaxın məsafəli döyüş vasitələri, müxtəlif növ döyüş sursatları və s. məmulatlar daxildir.

Sərgi zamanı nazir Yavər Camalovun İordaniyanın bir sıra dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.