Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
21 Fevral, 2011 15:00 1086

Müdafiə Sənayesi Nazirliyinin müdafiə təyinatlı məmulatları Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən "IDEX-2011" Beynəlxalq Müdafiə Sərgisində nümayis etdirilir

Fevralın 20-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən “IDEX-2011” Beynəlxalq Müdafiə Sərgisinin açılışı olmuşdur. Açılış-konfransda həmin ölkədə səfərdə olan müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak etmişdir.

Dünyanın 70 ölkəsindən 1050-dən çox şirkətin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyi 71 adda müdafiə təyinatlı məmulatla təmsil olunur.

Sərginin ilk günündən etibarən Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar sərgidə iştirak edən və qonaq qismində qatılan digər ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılanmaqdadır.

Sərgi zamanı nazir Yavər Camalov digər ölkələrin stendləri ilə yaxından tanış olmuş və bir neçə ölkənin nümayəndə heyətinin başçılarıyla görüşlər keçirmişdir. Keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığa dair niyyət protokolları imzalanmışdır.