16 Fevral, 2011 10:00
1038
Müdafiə Sənayesi Nazirliyinin müdafiə təyinatlı məmulatları Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək "IDEX-2011" Beynəlxalq Müdafiə Sərgisində nümayis etdiriləcəkdir
Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti 20-24 fevral 2011-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək "IDEX-2011" Beynəlxalq Müdafiə Sərgisi və Konfransında iştirak edəcəkdir.
Dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətlərinin qatıldığı, Yaxın Şərqdə və Şimali Afrika bölgəsində ən iri və əhəmiyyətli hesab edilən "IDEX-2011" sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 71 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcəkdir. Buraya yüngül atıcı silahlar, müxtəlif çeşidli hərbi sursatlar, optik nişangahlar, minaatan, zirehli maşın modelləri və s. daxildir.
Sərgi zamanı nazir Yavər Camalovun Birləşmiş Ərəb Əmirliklərinin bir sıra dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.