Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
16 Sentyabr, 2010 10:00 1308

Müdafiə Sənayesi Nazirliyinin müdafiə təyinatlı məmulatları "AAD-Afrika Aerospace Defence-2010" Hərbi Hava Qüvvələri və Müdafiə Təyinatlı Məmulatların beynəlxalq sərgisində nümayiş etdiriləcəkdir

Müdafiə Sənayesi Nazirliyinin müdafiə təyinatlı məmulatları Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində keçiriləcək "AAD-Afrika Aerospace Defence-2010" Hərbi Hava Qüvvələri və Müdafiə Təyinatlı Məmulatların beynəlxalq sərgisində nümayiş etdiriləcəkdir

Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti 21-25 sentyabr 2010-cu il tarixlərində Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində keçiriləcək "AAD-Afrika Aerospace Defence-2010" Hərbi Hava Qüvvələri və Müdafiə Təyinatlı Məmulatların beynəlxalq sərgisində iştirak edəcəkdir.

Dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətlərinin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 60-dan artıq müdafiə təyinatlı məmulat nümayiş etdiriləcəkdir. Buraya yüngül atıcı silahlar, onların müxtəlif kalibrli döyüş sursatları, minaatanlar, onlar üçün müxtəlif kalibrli minalar, reaktiv mərmilər, elektronika sənayesində istifadə olunan müxtəlif qatlı çap lövhələri və digər məmulatlar daxildir.

Sərgi zamanı nazir Yavər Camalovun Cənubi Afrika Respublikasının (CAR) bir sıra dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.