10 Dekabr, 2024 10:00
328
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat xidmətinin məlumatı
2024-cü il dekabrın 9-da saat 17:00 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb.
Xəsarət alan olmayıb, hadisənin baş vermə səbəbləri araşdırılır.