24 Aprel, 2019 11:23
2574
Müdafiə Sənayesi Nazirliyinin məhsulları Türkiyədə keçirilən “IDEF-2019” sərgisində nümayiş etdiriləcək
Türkiyə Respublikası Prezidentinin himayədarlığı ilə iki ildən bir İstanbul şəhərində keçirilən “IDEF” beynəlxalq müdafiə sənayesi sərgisi Avropanın ən böyük sərgilərindəndir. Bu sərgidə dünyanın aparıcı müdafiə sənayesi şirkətləri iştirak edərək öz məhsul və xidmətlərini təqdim edirlər. Sərgi müxtəlif xarici rəsmi heyətlərin iştirak etdiyi əhəmiyyətli platformalardan biri hesab olunur.
Müdafiə Sənayesi Nazirliyi 2009-cu ildən belə mötəbər sərgilərdə mütəmadi olaraq iştirak edir və öz məhsullarını nümayiş etdirir. Aprelin 30-dan mayın 3-dək keçiriləcək “IDEF-2019” XIV beynəlxalq müdafiə sənayesi sərgisində Müdafiə Sənayesi Nazirliyinin məhsullarının nümayişi məqsədi ilə nazir müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdə olacaq.
Qeyd edək ki, müdafiə təyinatlı məhsulların ixracı ölkəmizin qeyri-neft sənaye məhsulları ixracında əhəmiyyətli istiqamətlərdən biri olduğundan Müdafiə Sənayesi Nazirliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq nazirliyin 2019-cu ildə müxtəlif beynəlxalq sərgilərdə iştirakı nəzərdə tutulur. “IDEF-2019” beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycanın milli povilyonunda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan əsas ixrac yönümlü məhsulların nümayişi təşkil ediləcək. Eyni zamanda, sərgidə xarici ölkələrlə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.
Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur. Sərginin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.