Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
14 Sentyabr, 2010 17:00 1040

Müdafiə Sənayesi Nazirliyinin iştirak etdiyi "MSPO" Müdafiə Məmulatları Beynəlxalq Sərgisi başa çatdı

Polşa Respublikasının Kielce şəhərində keçirilən, Müdafiə Sənayesi Nazirliyinin iştirak etdiyi "MSPO" Müdafiə Məmulatları Beynəlxalq Sərgisi başa çatdı.

 

06-09 sentyabr 2010-cu il tarixlərində Polşa Respublikasının Kielce şəhərində keçirilən "MSPO" Müdafiə Məmulatları Beynəlxalq Sərgisində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Polşanın Hərbi Sənaye Kompleksinə daxil olan “JAKUSZ” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində iştirak etmişdir.

Dünyanın inkişaf etmiş ölkələrindən 100-dən artıq şirkətin qatıldığı sərgidə iştirakçılara Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 60-dan artıq müdafiə təyinatlı məmulatlar (atıcı silahlar, raket-artilleriya silahları, yaxın məsafəli döyüş vasitələri, müxtəlif növ döyüş sursatları və s.) haqqında buklet, broşur və CD-lər paylanılmışdır.

Sərgidə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatlar böyük marağa səbəb olmuşdur. “İstiqlal” snayper tüfəngi və döyüş sursatları xüsusi maraq doğurmuşdur. Bir sıra inkişaf etmiş ölkələrin şirkətləri Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq etmək istəklərini bildirmişlər.

Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Polşanın yüksək rütbəli hərbiçiləri MSN-in “JAKUSZ” şirkəti ilə əməkdaşlığını yüksək qiymətləndirmişlər.

Sərgi zamanı Avropanın KİV-də Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi haqqında məlumatlar verilmiş, o cümlədən Polşada nəşr edilən ”Raport” hərbi jurnalında geniş məlumat dərc edilmişdir.

Foto