Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adı verilib
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
president.az
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının müdafiə sənayesində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin aşağıdakı əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adı verilsin:
Mirzəyev Rasim Cəbrayıl oğlu
Musayev Elşən Qədir oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 dekabr 2021-ci il
president.az