Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
11 Oktyabr, 2021 11:10 533

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları velosiped və triatlon üzrə yarışlarda birinci yer tutublar

9 oktyabr tarixində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılğı ilə Respublika Velotrekində trek velosipedi üzrə Bakı Birinciliyi keçirilib.

TREK-GİT 1000 metr məsafəyə yarışda Müdafiə Sənayesi Nazirliyi Velosiped İdman Klubunun üzvü Musa Mikayılzadə birinci yerin qalibi olub. İkinci və üçüncü yerləri də MSN Velosiped İdman Klubunun üzvləri Əmral Abduləzizli və Mahmud Məmmədov tutublar.

10 oktyabr tarixində Triterra Klubunun həvəskarlar arasında ilk dəfə təşkil etdiyi triatlon (üzmə, velosiped sürmə və qaçış) idman növü üzrə yarışda da Müdafiə Sənayesi Nazirliyi 2 qrup və fərdi şəkildə 1 nəfərlə təmsil olunub. Denis Karçaşkin, Musa Mikayılzadə və Vüqar Abdullayevdən ibarət komanda digər iştirakçıları geridə qoyaraq yarışı birinciliklə tamamlayıb. Rauf Sultanov, Mahmud Məmmədov, Tural Əliyevin yer aldığı ikinci komanda və yarışa fərdi qatılan MSN Velosiped İdman Klubunun rəhbəri Vüqar Salahov isə yarışı müvəffəqiyyətlə başa vurublar.

Qeyd edək ki, klubun üzvlərindən Mahmud Məmmədov, Vüqar Abdullayev və Vüqar Salahov Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarıdır.

Yarışları izləyən Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Velosiped İdman Federasiyasının baş katibi Fərhad Əliyev və Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov daha sonra idmançılarla tanış olublar.

Qaliblər təşkilatçılar tərəfindən medal və diplomlarla təltif ediliblər.