Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
12 Dekabr, 2023 13:30 1072

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad ediblər

Görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar müdafiə sənayesi naziri Vüqar Mustafayev və Nazirliyin əməkdaşları Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar. Daha sonra oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin və tibb elmləri doktoru, professor Tamerlan Əliyevin məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.