17 Dekabr, 2016 16:08
562
Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd etdilər
Dekabrın 17-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üstünə gül dəstələri düzüldü. Şəhidlər xiyabanında uyuyan, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət edildi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyuldu. Kollektiv tədbirin keçirildiyi “Radioquraşdırma” zavodunun həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü ziyarət etdi, önünə gül dəstələri düzdü.
Sonra “Radioquraşdırma” zavodunun Akt zalında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə təntənəli tədbirin rəsmi hissəsinə başlanıldı.
Tədbiri açan nazir Yavər Camalov bildirdi ki, Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı ərəfəsində Respublika Prezidenti İlham Əliyev nazirliyin bir qrup əməkdaşının “Əməkdar mühəndis” fəxri adına layiq görülmələrinə, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmalarına dair Sərəncamlar imzalamışdır. Nazir bu münasibətlə Respublika Prezidenti İlham Əliyevə kollektiv adından təşəkkürünü bildirdi.
Nazir qeyd etdi ki, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, regionda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi bir dövrdə ölkəmizdə sabitlik qorunub saxlanılır, iqtisadi islahatlar getdikcə dərinləşir, dövlətimizin gücü və beynəlxalq nüfuzu durmadan artır. Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli daxili və xarici siyasəti nəticəsində ölkədə siyasi, iqtisadi və hərbi sahədə böyük uğurlar əldə edilir.
Son illər dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və düşünülmüş siyasət nəticəsində ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisi təmin edilmiş, ictimai-siyasi sabitliyi, təhlükəsizliyi möhkəmləndirilmişdir. Bu gün Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 37-ci, MDB məkanında isə birinci yerdə qərarlaşmışdır və respublikamız ən islahatçı 29 ölkədən biridir. Eyni zamanda Azərbaycan regionda qlobal layihələrin təşəbbüskarı olmaqla Avropanın enerji təminatında əvəzsiz rol oynayır.
Yavər Camalov bildirdi ki, ötən illərdə olduğu kimi cari ildə də Müdafiə Sənayesi Nazirliyinin kollektivi qarşısında mühüm vəzifələr qoyulmuşdur.
Ölkənin müdafiə qüdrətinin yüksəldilməsi məqsədilə, bir sıra yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi istiqamətində intensiv işlər aparılmışdır. Belə ki, ötən illərdən icrasına başlanılmış tikinti işləri başa çatdırılmış və istismara verilməsi nəzərdə tutulan 7 istehsalat müəssisəsində kompleks tamamlanma işlərinin yaxın zamanlarda başa çatdırılması planlaşdırılır. Qeyd olunan istehsal müəssisələri lazım olan müasir texnoloji avadanlıqlarla təchiz edilmiş və eləcə də, inkişaf etmiş ölkələrin şirkət və firmalarından alınmış dəzgah, xüsusi cihaz və alətlərlə komplektləşdirilmişdir.
2016-cı ildə Müdafiə Nazirliyi və respublikanın digər güc strukturları tərəfindən verilmiş sifarişə uyğun olaraq müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası üzrə müqavilələr bağlanılmışdır. Cari ilin 11 ayının yekunlarına görə ümumilikdə respublikanın güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə, çeşid sayında isə 1,8 artım olmuşdur.
Cari ildə ”Yalquzaq” snayper tüfənginin, 40 mm-lik tank əleyhinə əl qumbaraatanı üçün PG-7V tipli qumbaranın, 6 və 24 yerli UST-56 tipli cadırın, M-6 və M-12 tipli mina partladıcıların və s. məmulatların ilk dəfə seriyalı istehsalına başlanılmışdır.
Bu il ümumi məhsul istehsalının həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artım əldə olunmuşdur. İstehsal olunan məhsulun 85 faizini müdafiə və xüsusi, 15 faizini isə mülki təyinatlı məhsul təşkil edir.
Nazirliyin müəssisələrində müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi və istehsalı istiqamətində də məqsədyönlü işlər aparılır. Cari ildə mülki məhsulların istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artmışdır. Yeni növ mülki məhsulların istehsalı istiqamətində aparılmış işlər öz bəhrəsini verməkdədir. Belə ki, regionlarda suya olan təlabatı ödəmək məqsədi ilə “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” səhmdar cəmiyyətlərinin sifarişləri əsasında “Dalma” tipli dərinlik su nasoslarının sınaq nümunələri hazırlanmış və onların seriyalı istehsalına başlanılmışdır.
2016-cı ildə yaradılma proqramında nəzərdə tutulan 115 mövzu üzrə 198 mərhələnin yerinə yetirilməsi planlaşdırılmış və bu sahədə işlər uğurla davam etdirilir. Nazirliyin müəssisələri tərəfindən 37 mərhələ yerinə yetirilmiş, o cümlədən TA-57 tipli səhra telefon aparatının yaradılma işləri tam başa çatdırılmış və silahlanmaya tövsiyə olunmuşdur. Digər mərhələlərin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin yaradılması işləri başa çatdırılmış, istehsal edilərək sifarişçilərə təhvil verilmişdir.
Cari ildə xüsusi təyinatlı hücum pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, “İstiqlal-1T” snayper tüfənginin, soyuq atış kollimatorunun, avtomatik topun, artilleriya və tank topları üçün atəş yığımlarının, tank əleyhinə qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının və s. məmulatların müvafiq sınaqlarına başlanılmış və həmin məmulatların istehsalının mənimsənilməsi istiqamətində işlər davam etdirilir.
Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir.
Nazirliyin Elmi-Tədqiqat İnstitutunda 2016-cı ildə 30 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilmişdir. Əsas mövzulardan müxtəlif növ təlim və döyüş aviasiya bombaları, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi sistemi, orta və uzaq mənzilli raket sistemləri və s. yaradılmışdır.
Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) 2016-cı ildə Silahlı Qüvvələrin sifarışləri əsasında müxtəlif sahələri əhatə edən 33 mövzu üzrə elmi-tədqiqat işləri aparılır.
Müxtəlif növ döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə ”Tufan”, “İldırım” və “Qasırğa” zirehli maşınlarının ilkin nümunələri hazırlanıb “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilmişdir. Eyni zamanda, digər yeni bir layihə BRDM-2M zirehli transportyorun üzərində orta mənzilli “Mizrak” tipli tank əleyhinə idarə olunan raket sisteminin quraşdırılması olmuşdur.
Cari ildə müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanmış və icrasına başlanılmışdır. İxrac edilən məmulatlar sırasında bütün növ döyüş sursatlarını, müasir atıcı silahları, pilotsuz uçuş aparatlarını və s. göstərmək olar. Bu gün 10-dan çox ölkəyə Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatlar ixrac olunur.
Sentyabrın 27-dən 30-dək Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi keçirilmişdir. Dörd gün davam edən sərgidə dünyanın 44 ölkəsindən 250-yə yaxın şirkət və rəsmi nümayəndə heyəti iştirak etmişdir.
İki il öncə keçirilən “ADEX-2014” sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən 168 adda məmulat nümayiş etdirildiyi halda, “ADEX-2016” sərgisində 260 adda məmulat nümayiş etdirilmişdir.
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan və ilk dəfə “ADEX-2016” sərgisində nümayiş etdirilən məmulatlardan mina əleyhinə “İldırım” və “Qasırğa” zirehli maşınlarını, pilotsuz uçuş aparatların ən yeni tipli təkmilləşdirilmiş variantlarını, yeni növ atıcı silahları, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş “Gürzə” nəzarət patrul maşınını, döyüş sursatları və onların partladıcı başlıqlarını və s. göstərmək olar. Nümayiş etdirilən məmlatlar xarici və yerli nümayəndə heyətləri, eləcə də sadə xalq tərəfindən böyük maraqla qarşılanmışdır.
Sərgi çərçivəsində hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razılaşmalar əldə olunmuş, bir sıra layihələrin reallaşdırılması ilə bağlı fikir mübadilələri aparılmışdır. Eyni zamanda, məmulatların ixracı üzrə memorandum və niyyət protokolları imzalanmışdır.
Sərgidə ölkə başçısı İlham Əliyevin xüsusi tapşırığına əsasən qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılmış və sentyabrın 21-də Respublika Prezidenti, Ali Baş Komandanın iştirakı ilə təqdimatı keçirilmiş yeni növ kamikadze tipli "Zərbə" və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarıda da nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdır.
Azərbaycan Silahlı Qüvvələrini yeni növ "Zərbə" pilotsuz uçuş aparatları ilə təmin etmək üçün yaxın vaxtlarda bu məmulatın seriyalı istehsalına başlanılacaqdır. Bununla bağlı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında anlaşma memorandumu da imzalanmışdır.
Nazir bütün bu sadalanan uğurları Respublika Prezidenti İlham Əliyevin ölkənin sənaye infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin nəticəsi kimi dəyərləndirdi.
Digər çıxış edənlər də Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı gününün yüksək səviyyədə qeyd edilməsilə əlaqədar sevinc hisslərini bölüşdülər və qeyd etdilər ki, daim dövlət başçısının diqqət və qayğısını hiss edən Müdafiə Sənayesi Nazirliyinin kollektivi bundan sonra da Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində qüvvələrini səfərbər edərək, Azərbaycan ordusunu yeni növ silah, hərbi texnika və döyüş sursatı ilə təmin edəcəkdir.
Tədbirdə Respublika Prezidentinin müvafiq sərəncamları ilə fəxri adlara layiq görülən və medallarla təltif olunan nazirliyin əməkdaşları kollektiv tərəfindən təbrik edildi. Nazirlik tərəfindən bir neçə qabaqcıl işçiyə “Qabaqcıl müdafiə sənayesi işçisi” nişanı, Fəxri Fərman, pul və qiymətli hədiyyələr təqdim edildi. Eyni zamanda nazirliyin bir neçə əməkdaşı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Fəxri Fərmanlarla təltif olundular.
Tədbirin sonunda nazirliyin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.